Operativ Məlumat Mərkəzi

Ədliyyə Nazirliyinin İcra xidmətinə rəis təyin edilib

2 dəq
Paylaş:
Ədliyyə Nazirliyinin İcra xidmətinə rəis təyin edilib

Vidadi Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi vəzifəsinə təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, ədliyyə naziri Fərid bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, Vidadi Məmmədov 1974-cü ildə anadan olub. 1997-ci ildə Türkiyənin Dokuz Eylül Universitetini ixtisası üzrə bakalavr, 2004-cü ildə Universitetini hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələri ilə bitirib.

Əmək fəaliyyətinə 1998-ci ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının Birləşmiş uşaq xəstəxanasında hüquqşünas kimi başlayan V.Məmmədov 2001-2003-cü illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, 2003-2007-ci illərdə isə Qeydiyyat və notariat baş idarəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

O, 2007-ci ildən Bakı şəhər Nizami rayon məhkəməsində , 2010-cu ildən 2022-ci ilədək isə Bakı Apellyasiya Məhkəməsində hakim və İnzibati-İqtisadi Kollegiyanın sədri vəzifələrində işləyib.

V.Məmmədov 2022-ci ildən bu vəzifəyə təyin olunanadək Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışıb.

Azərbaycan Prezidentinin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax