Operativ Məlumat Mərkəzi

Ədliyyə Nazirliyinin fəaliyyətinə mane olan bələdiyyələrlə bağlı 103 protokol tərtib olunub

2 dəq
Paylaş:
Ədliyyə Nazirliyinin fəaliyyətinə mane olan bələdiyyələrlə bağlı 103 protokol tərtib olunub

Keçən il ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 103 inzibati xəta haqqında tərtib edilib, məhkəmələrə göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Milli Məclisin məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata orqanın illik məruzəsi"də öz əksini tapıb.

Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.

İnzibati Xətalar Məcəlləsinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma maddəsi ilə bağlı olub.

Məruzəyə əsasən, həmin protokollar əsasında 77 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 15 inzibati xəta protokoluna xitam verilib və 11-i isə hazırda məhkəmələrin icraatındadır.

Bildirilib ki, bələdiyyələrlə onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan arasında elektron sənəd dövriyyəsi təşkil edildikdən sonra bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi halları, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax