Operativ Məlumat Mərkəzi

Ədliyyə naziri: Elektron ədliyyə mühakiməsinin vahid pəncərəsi formalaşdırılır

2 dəq
Paylaş:
Ədliyyə naziri: Elektron ədliyyə mühakiməsinin vahid pəncərəsi formalaşdırılır

Rəqəmsallaşma vətəndaşların hüquq və azadlığını təmin edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ədliyyə naziri Fərid Baş Prokurorluğun " cinayət prosesi: müasir çağırışlar və hədəflər" mövzusunda keçirilən konfransında deyib.

Nazir bildirib ki, ədliyyə mühakiməsinin vahid pəncərəsi formalaşdırılır.

"Dövlət orqanları bu vahid sistemə inteqrasiya edilməlidir ki, məlumat mübadiləsi aparılsın".

O bildirib ki, elektron mühakiməsinin formalaşdırılması vahid pəncərə sistemində çıxışın təmin edilməsi deməkdir: "Bu, bizim hədəflərimizdən biridir, dövlət orqanları arasında daha rəvan, daha çevik məlumat mübadiləsinə təkan verəcək. sistemlərinin tətbiqi vahid elektron, rəqəmsal ədalət mühakiməsi sisteminə əlçatanlığı da artıra bilər. Lakin biz bu yolu qısa zamanda qət edə bilmərik. Bizim bu hədəfə doğru yolumuzda elektron rəqəmsal alətlərdən, sistemlərdən istifadə edərək uğurlu addımlar ata bilərik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax