Operativ Məlumat Mərkəzi

DYP valideynlərə xəbərdarlıq edib

2 dəq
Paylaş:
DYP valideynlərə xəbərdarlıq edib

Baş Dövlət İdarəsi avtomobilin sükanını azyaşlı övladlarına həvalə edən valideynlərə edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan xəbərdarlıqda deyilir:

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin gizlin, bir sıra hallarda isə məhz valideynlərinin iştirakı ilə idarə etməsi ciddi narahatlıq doğurur. Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, hüququ olmadan avtomobil idarə etmək həvəsinin onların özlərinin və doğmalarının arzularını yarıda qoyacağını unudurlar.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, habelə nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxsə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə, maddi və mənəvi zərərlərə səbəb olmadan vaxtında aşkarlanması üçün xüsusi texniki vasitələrdən də istifadə etməklə konkret addımların atıldığını bildirir, bu sahədə aparılan nəzarət-profilaktik tədbirlərin daha da gücləndirildiyini, belə neqativ əməllərə meyilli şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tədbirlərin görüləcəyini avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır, eyni zamanda vətəndaş cəmiyyəti institutlarını bu işdə birgə əməkdaşlığa dəvət edir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax