Operativ Məlumat Mərkəzi

DYP sürücülərə xəbərdarlıq edib - 07.02.2025

2 dəq
Paylaş:
DYP sürücülərə xəbərdarlıq edib - 07.02.2025

Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsi (BDYPİ) əlverişsiz havada yollarda yarana biləcək təhlükə ilə bağlı edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, xəbərdarlıqda əlverişsiz hava ilə bağlı sürücülərə vasitələri ilə yola çıxmaqdan çəkinmək tövsiyə edilib.

Bildirilib ki, BDYPİ əlverişsiz hava şərtlərinin təhlükəsizliyinə təsirini, o cümlədən gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə daha diqqətli olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir.

"Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaratdığını nəzərə alaraq, onlardan yol hərəkəti qaydalarına ciddi riayət etmələri, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinmələri xahiş olunur", - xəbərdarlıqda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax