Operativ Məlumat Mərkəzi

DYP sürücülərə müraciət edib - 22.02.2025

2 dəq
Paylaş:
DYP sürücülərə müraciət edib - 22.02.2025

Daxili İşlərə Nazirliyinin Baş Dövlət İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edibh.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, müraciətdə deyilir:

"Sinoptiklərin məlumatına əsasən əlverişsiz havanın fevralın 24-dək davam edəcəyi, ayrı-ayrı yerlərdə qar yağacağı, yollarda görünüşün məhdudlaşacağı gözlənilir.

Hazırda qeyri-sabit nisbətən sabitləşsə də, ötən gündən yağan qarın yaratdığı hələ də qalmaqdadır. Xüsusilə dağlıq və dağətiyi rayonlarda, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır.

DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki- baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə verməyi xahiş edir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax