Operativ Məlumat Mərkəzi

DYP qəza riskinin artması ilə bağlı sürücülərə müraciət edib

2 dəq
Paylaş:
DYP qəza riskinin artması ilə bağlı sürücülərə müraciət edib

DİN-in Baş Dövlət İdarəsi sürücülərə müraciət edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, müraciətdə deyilir ki, yol hərəkətində təhlükəsizliyin təmin olunması hamı üçün vacibdir:

"Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir.

Aparılan müşahidələr göstərir ki, bəzi yol- hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də ayaqqabılardan istifadə etməsidir.

Nazik və yüksək dabanlı, topuqlu, arxası açıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır. Bu kimi hallar daha çox xanım sürücülər arasında müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli olmağa, özlərinin və digər iştirakçılarının təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır.

Təhlükəsizliyinizi düşünün – və digərlərini qoruyun!"

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax