Operativ Məlumat Mərkəzi

DYP: Hərəkət edən maşında ayaqlarını pəncərədən çıxaran şəxs cərimə olunub

2 dəq
Paylaş:
DYP: Hərəkət edən maşında ayaqlarını pəncərədən çıxaran şəxs cərimə olunub

"“Mercedes” markalı vasitəsində sərnişinin hərəkət zamanı ayaqlarını avtomobilin pəncərəsindən çıxarmasına dair yayılan videogörüntülər araşdırılıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət İdarəsindən bildirilib. Qeyd olunub ki, araşdırmalarla nəqliyyat vasitəsinin sürücüsü Anar Sadıxzadə və sərnişini Fərid Mikayılov müəyyən olunaraq dəvət olunublar. Onlarla profilaktik söhbətlər aparılıb və qayda pozuntusuna görə barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, bu kimi məsuliyyətsiz davranışlar nəinki avtomobildə olan şəxslərin, eyni zamanda digər hərəkət iştirakçılarının da həyat və sağlamlığı üçün təhlükə yaradır. Qanunvericiliyin tələblərinə yalnız sürücülər deyil, sərnişinlər də etməli, hər bir iştirakçısı şəxsi təhlükəsizliyinə biganə yanaşmamalıdır. Yolda şou yox, məsuliyyət olmalıdır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax