Əsas məzmuna keç

DYP həftəsonu sürücülük hüququ olmayan 70 nəfəri saxlayıb

DYP həftəsonu sürücülük hüququ olmayan 70 nəfəri saxlayıb

Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) əməkdaşları həftəsonu sürücülük hüququ olmayan 70 nəfəri saxlayıblar. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) əməkdaşları həftəsonu hüququ 70 saxlayıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə idarədən məlumat verilib.

Bildirilib ki, həftəsonu Respublika yollarında sürücülük hüququ olmadan vasitəsi idarə edən 70 şəxs DYP əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

"Təəssüflər olsun ki, bu cür qanunsuz hərəkətlərə yol verən şəxslər həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atır ki, əksər hallarda bu əməllərin sonu ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Bir daha bütün iştirakçılarından xahiş edirik ki, yollarda diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayət etsinlər", - məlumatda qeyd olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…