Operativ Məlumat Mərkəzi

DYP "Formula 1"-lə bağlı müraciət edib

2 dəq
Paylaş:
DYP "Formula 1"-lə bağlı müraciət edib

DİN-in Baş Dövlət İdarəsi "2023 Formula-1 Qran Prisi” ilə əlaqədar Bakı şəhəri ərazisində təhlükəsizliyinin təmin edilməsi və sıxlığının qarşısının alınması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müraciətdə deyilir:

"DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək “2023 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə aprel ayının 28-dən may ayının 2-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax