Operativ Məlumat Mərkəzi

DYP COP29 müddətində nəqliyyat sıxlığının azaldılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

2 dəq
Paylaş:
DYP COP29 müddətində nəqliyyat sıxlığının azaldılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət COP29 konfransı tarixlərində sıxlığının azaldılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" məlumatına görə, müraciətdə bildirib ki, miqyaslı tədbirlə əlaqədar çoxsaylı qonaqların, rəsmi şəxslərin, eləcə də əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müvafiq konsepsiya hazırlanıb.

"Sistemli yanaşmaya əsaslanan sözügedən konsepsiyada COP29 müddətində paytaxtın bəzi küçə və prospektlərində fasilələrlə məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulsa da, yolların uzunmüddətli bağlanmasına ehtiyac duyulmayıb.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə, COP29 konfransı tarixlərində Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan vasitələrindən istifadəyə üstünlük vermələrini, paytaxt sakinlərindən isə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələrini, xüsusilə bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını nəzərə alaraq, həmin istiqamətlərdə əvvəlcədən göstəriləcək alternativ yollarla hərəkət etməyi xahiş edir".

BDYPİ-nin müraciətində qeyd edilib ki, hər bir iştirakçısı verilən tövsiyələrə əməl etməklə Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsinə töhfə verəcək, tətbiq ediləcək məhdudiyyətlərə anlayışla yanaşacaq, təşkilatçılara dəstək nümayiş etdirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax