Əsas məzmuna keç

Dünya Bankının regional direktoru dəyişib

Dünya Bankının regional direktoru dəyişib

Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Sebastian Molineus vəzifəsindən azad edilib. "Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi...

Dünya Bankının ölkələri üzrə direktoru vəzifəsindən azad edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, onyn yerinə xanım Rolan Pris (Rolande Pryce) təyin edilib.

Əslən Yamaykadan olan R.Pris Dünya Bankının komandasına 2006-cı ildən qoşulub. O, bu təyinata qədər qurumun Ruanda üzrə ölkə meneceri vəzifəsini icra edib.

Yeni regional direktorun işə sentyabrın 1-də başlayacağı bildirilir.

Xatırladaq ki, S.Molineus 2019-cu ilin iyul ayından Cənubi Qafqaz ölkələri üzrə regional direktordur. O bundan sonra fəaliyyətini Dünya Bankının ABŞ-ın paytaxtı Vaşinqtondakı ofisində strategiya və əməliyyatlar üzrə direktor kimi davam etdirəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…