Operativ Məlumat Mərkəzi

DSX-nin hərbi qulluqçusu vəfat edib - 19.12.2023

2 dəq
Paylaş:
DSX-nin hərbi qulluqçusu vəfat edib - 19.12.2023

Dövlət Xidmətinin (DSX) qulluqçusu edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSX-dən bildirilib.

Qeyd edilib ki, dekabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsrətov Xəyal Əzim oğlunun səhhəti qəfil pisləşib.

Hərbi qulluqçuya ilkin yardım göstərilərək dərhal xəstəxanaya təxliyə edilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda əsgər Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.

Faktla bağlı prokurorluq orqanları ilə Dövlət Sərhəd Xidmətinin birgə araşdırma işləri aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax