Operativ Məlumat Mərkəzi

"Dövlət xidmətləri haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

2 dəq
Paylaş:
"Dövlət xidmətləri haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət xidmətləri haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, qanun layihəsi dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyəcək.

Layihədə dövlət xidmətinə, dövlət xidmətinin göstərilmə yerinə, vahid mərkəzinə, dövlət xidmətinin dizaynı ilə bağlı qanunvericiliyə anlayışlar gətirilib.

Layihəyə əsasən, Dövlət Xidmətlərinin Reyestrinin yaradılması nəzərdə tutulur. Dövlət Xidmətlərinin Elektron Reyestri dövlət xidmətləri barədə məlumatları əks etdirən vahid informasiya sistemidir. Bununla yanaşı, layihədə xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri də konkret olaraq müəyyən edilib.

Layihədə əksini tapan vacib bir məqam da ondan ibarətdir ki, dövlət xidmətinin keyfiyyətinə mexanizmi müəyyən edilir. "ASAN xidmət indeks" qiymətləndirilməsi mexanizmi daha da təkmilləşdirilərək qiymətləndirilmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək.

Qanun layihəsi səsverməyə üçüncü oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax