Operativ Məlumat Mərkəzi

Dövlət Xidməti özəl tibb müəssisələrinə xəbərdarlıq edib

2 dəq
Paylaş:
Dövlət Xidməti özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Səhiyyə sahəsində istifadə olunan ölçü cihazlarının qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Xidmətinə istinadən xəbər verir ki, görüşdə bu sahədə mövcud vəziyyət, və onların aradan qaldırılması üsulları müzakirə olunub və özəl tibb müəssisələri tərəfindən həyata keçirilməsi zəruri olan tədbirlər barədə məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə əsasən mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində tipi təsdiq , metroloji norma və qaydalara uyğunluğu baxımından dövri yoxlanılmaya təqdim edilməmiş tibbi ölçü cihazlarının istifadəsi qadağandır. Özəl tibb müəssisələrinin nümayəndələrinin diqqətinə çatdırılıb ki, müvafiq sahədə qanunvericiliyin tələblərinə əməl edilməməsi məsuliyyətə səbəb olur.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax