Operativ Məlumat Mərkəzi

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 143 nəfər uğur qazanıb

2 dəq
Paylaş:
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 143 nəfər uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də vasitəsilə keçirdiyi BB vəzifə qrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələrini açıqlayıb.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 202 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, BB1 altqrupu üzrə 16, BB2 altqrupu üzrə 41, BB3 altqrupu üzrə 50, BB4 altqrupu üzrə 36 nəfər olmaqla, ümumilikdə 143 namizəd tələb olunan şərtləri uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq veriləcək. Sertifikat 5 il qüvvədə olur.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər mayın 14-dən 16-dək DİM-in saytında yerləşdiriləcək elektron doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax