Operativ Məlumat Mərkəzi

Dövlət Komitəsinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib

2 dəq
Paylaş:
Dövlət Komitəsinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal sahəsinin rəisi Abdullayev Valeh Əkbər oğlunun qanunsuz əməlləri ilə bağlı yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, istintaq nəticəsində Valeh Abdullayevin saxta sənədlərin tərtib edilməsi yolu ilə müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əmək haqqı verilməsinə şərait yaradılması, həmçinin, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuz əməllər müqabilində ayrı-ayrı vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyənləşdirilib.

Toplanılmış mötəbər sübutlar əsasında Valeh Abdullayevə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbiri seçilib.

baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax