Operativ Məlumat Mərkəzi

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Lənkəranda vətəndaşları qəbul edib

2 dəq
Paylaş:
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Lənkəranda vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin şəhər Mərkəzində Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in DGK-ya istinadən məlumata görə, komitənin strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax