Operativ Məlumat Mərkəzi

Dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanıb

2 dəq
Paylaş:
Dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı başlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Lənkəran şəhər sakini 1932-ci il təvəllüdlü Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi barədə müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Lənkəran şəhər sakini Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6674 manat məbləğində təqaüdünü özündə saxladığı bank kartı vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkaran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə almasına əsaslı müəyyən edilib.

Fakta görə Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax