Operativ Məlumat Mərkəzi

Dövlət başçısı Türkmənistanın Prezidentini təbrik edib

1 dəq
Paylaş:
Dövlət başçısı Türkmənistanın Prezidentini təbrik edib

İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova təbrik ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Sərdar Qurbanquliyeviç,

Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Türkmənistanı dostluq, mehriban qonşuluq və münasibətləri birləşdirir. İnanıram ki, ikitərəfli münasibətlərimiz ortaq soy-kök və milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax