Operativ Məlumat Mərkəzi

Dövlət Agentliyi: "Son vaxtlar şam ağacları xəstəlikdən quruyur"

2 dəq
Paylaş:
Dövlət Agentliyi: "Son vaxtlar şam ağacları xəstəlikdən quruyur"

"Son şam ağaclarının xəstəlikdən quruması faktları var. Bəzən Dövlət Agentliyə 500-dək ağacın götürülməsi ilə bağlı müraciət daxil olur".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov qurumda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, Dövlət Ekoloji Ekspertiza Agentliyinə 100-200, bəzən 500 qurumuş ağacın köçürülməsi, götürülməsinə rəy verilməsi ilə bağlı müraciət daxil olur: "Burada sual yaranır ki, bu qədər ağac niyə qurumalıdır? Bunun iki səbəbi var. Ya ağaclara vaxtında düzgün göstərilməyib, ya da təbii olaraq xəstəliklə əlaqədar quruyub. Əgər brinci səbəbədən danışırıqsa, sual ortaya çıxır ki, niyə bələdiyyələr ağaclara vaxtında qulluq etmirlər? Sonra da həmin ağacların köçürülməsi, götürülməsi ilə bağlı problem ortaya çıxır. İkinci səbəbə nümunə olaraq deyə bilərəm ki, son vaxtlar şam ağaclarında düşməsi nəticəsində onların quruması faktları var. Bu, sırf antropogen faktorlarla bağlı deyil, iqlim amilləri ilə əlaqədardır. Xəstəlik düşmüş ağacları götürməliyik ki, sağlam ağaclara sirayət etməsin".

Sədr qeyd edib ki, hər bir qurumun öz öhdəliyi var və öhdəliklər layiqincə yerinə yetirilməlidir: "Vaxtında qiymətləndirilmə aparılsa, kütləvi surətdə ağacların köçürülməsi, götürülməsi problemləri ilə üzləşmərik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax