Operativ Məlumat Mərkəzi

DİN kiberdələduzlara bağlı xəbərdarlıq etdi

2 dəq
Paylaş:
DİN kiberdələduzlara bağlı xəbərdarlıq etdi

Son sosial şəbəkələrdən istifadə edilməklə müxtəlif əməllərin törədilməsi hallarının getdikcə çoxalması müşahidə olunmaqdadır.

Daxili İşlər Nazirliyindən (DİN) "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, həmin səhifələrində ölkənin tanınmış şəxslərinin və şirkətlərinin ad və loqolarından istifadə edilməklə guya elektron lotoreya oyunlarında, mükafat fondu olan müsabiqələrdə böyük məbləğdə pul uduşunun olması, müvafiq mükafatın rəsmiləşdirilməsi üçün uduşun müəyyən hissəsinin təqdim olunan bank hesabına köçürülməsinin zəruriliyi qeyd olunur, həmçinin investisiya platformalarında və maliyyə birjalarında yatırım edib qısa müddət ərzində gəlir əldə etmək kimi şirnikləndirici vədlər verilir. Deyilən vədlərə inanan bəzi insanlar isə bundan sonra kiberdələduzların qurbanına çevirilirlər.

"Bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün bir daha vətəndaşlarımızı internet resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa . Belə hallarla üzləşdikləri təqdirdə isə dərhal əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər", - DİN-dən bildirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax