Operativ Məlumat Mərkəzi

DİN Bakıda avtomobil yoluna yüksəklikdən təkər atılması görüntülərini araşdırır

1 dəq
Paylaş:
DİN Bakıda avtomobil yoluna yüksəklikdən təkər atılması görüntülərini araşdırır

Bakıda yeniyetmələrin yüksəklikdən yolda hərəkət edən vasitələri üçün təhlükə yaratmaları ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bu hərəkət vətəndaşların qınağına səbəb olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, polis yayılan görüntülərdən məlumatlıdır.

"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq", - məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax