Operativ Məlumat Mərkəzi

DİM magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirib

2 dəq
Paylaş:
DİM magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2024-cü il 14 yanvar tarixində müəssisələrinin magistraturalarına qəbul imtahanına bakalavrlar üçün sınaq imtahanı keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİM-dən bildirilib.

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri yaradılıb. İmtahanın idarə olunması üçün 11 rəhbəri və 71 zal nəzarətçisi ayrılıb.

İmtahanla bağlı DİM-də operativ qərargah fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub. İlkin məlumatlara əsasən, 2 nəfərin üzərində mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Xarici dil fənni üzrə esselərin yoxlanılması ilə əlaqədar imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu gün saat 17:00-da DİM-in “Youtube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax