Operativ Məlumat Mərkəzi

Deputat: Erməni xalqı saxtakar keşişə və onun arxasında gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir

2 dəq
Paylaş:
Deputat: Erməni xalqı saxtakar keşişə və onun arxasında gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir

Milli Məclisin deputatı Ceyhun erməni xalqının Baqrat Qalstanyan kimi keşişə və onun arxasında dayanan köhnə rejimin qalıqlarına yerini göstərməsinin zəruri olduğunu bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin mayın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, tarix boyu azərbaycanlılarla ermənilərin dinc şəraitdə yaşamasına mane olan əsas qurumlardan biri də erməni kilsəsi olub.

bildirib ki, bu gün Ermənistanda ictimai-siyasi gərginlik davam edir, gərginliyin əsas körükçüsü isə Baqrat Qalstanyan adında din dəllalıdır: “Mayın 26-da Baqdan Qalstanyan yenidən “izdihamlı” mitinqlər təşkil etməyi planlaşdırır. Tarix boyu azərbaycanlılarla ermənilərin dinc şəraitdə yaşamasına mane olan əsas qurumlardan biri də erməni kilsəsi olub. Kilsə bu gün də eyni siyasəti davam edir”.

O qeyd edib ki, bu addımlarla erməni kilsəsi öz dininə və onun ehkamlarına da xəyanət edir.

“Bəs yaxşı Baqrat erməni cəmiyyətinə nə təklif edir?! Sülhün alternativi müharibədir. dövləti və cəmiyyəti müharibəyə hazırdırmı?! Hesab edirəm ki, erməni xalqı bu keşişə və onun arxasında qorxaqcasına köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir”, - C.Məmmədov əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax