Operativ Məlumat Mərkəzi

Daşkəsəndə yollarda yaranmış problemlər aradan qaldırılıb

2 dəq
Paylaş:
Daşkəsəndə yollarda yaranmış problemlər aradan qaldırılıb

Qeyri-sabit nəticəsində rayonunun ərazisində bir neçə yolunda məhdudiyyətlər aradan qaldırılıb

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, intensiv yağıntılar nəticəsində respublika əhəmiyyətli Daşkəsən-Gəncə(10-15-ci km-lər), yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çovdar-ÇaykəndvəDəstəfur-Qıyıxlıavtomobil yollarında sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb, suötürücü borulara ziyan dəyib.

Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Agentliyə məxsus “31 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Sözügedən yollar nəzarətdə saxlanılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax