Operativ Məlumat Mərkəzi

Dağlıq rayonlarda 19 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Dağlıq rayonlarda 19 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin fevralın 27-si saat 08:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində, o cümlədən Bakıda və yarımadasında qar yağır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 59 sm, Altıağac və Şəkidə 31 sm, Qəbələdə 28 sm, Qubada 25 sm, Xaltanda 20 sm, Zaqatalada 18 sm, Şahdağda 17 sm, və Oğuzda 16 sm, Daşkəsəndə 15 sm, Qobustan və Qusarda 10 sm, Kəlbəcər, Mingəçevir, Şabran və Gədəbəydə 8 sm, Laçın, Qubadlı, Şuşa və Balakəndə 7 sm, Xankəndi, Füzuli, Xocalı, Göyçay, Yevlax, Tərtər, Naftalan, Kürdəmir, Sabirabad, Neftçala və Bərdədə 5 sm, Bakıda və Abşeron yarımadasında isə 12 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcə , Aran rayonlarında 2 dərəcə şaxta, Naxçıvan Muxtar Respublikasında 11 dərəcə şaxta, rayonlarda isə 19 şaxta qeydə alınıb.

Yağıntılar fevralın 27-si gündüz saatlarından tədricən kəsiləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax