Operativ Məlumat Mərkəzi

Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Dekabrın 16-sı saat 9:00-a olan açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin bəzi rayonlarında arabir yağıntılı olub, ərazilərə qar yağıb.

Yağan qarın hündürlüyü Kəlbəcərdə 11, Xaltanda 8, Lazada (Qusar) 6, Daşkəsəndə 4, Rvarudda () 1 sm-dir.

Düşən yağıntının miqdarı Lerikdə 7, Bakıda və yarımadasında, eyni zamanda, Astara, Qusarda 3, Qubada 2, Xaltan, Şamaxı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Qrız, Cəlilabad, Kəlbəcər, Laçın, Naxçıvanda 1 mm-dir.

Qrız, Sabirabad, Lerik, Naftalanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax