Operativ Məlumat Mərkəzi

Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq

2 dəq
Paylaş:
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin və MR Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək ərazilərində mart ayının 9-dan qarölçmə işlərinə başlanılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbərinə görə, Xidmətin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, 5 qrupdan ibarət ekspedisiya tərəfindən ölkənin əsas çay hövzələrini əhatə edən qarölçmə işləri zamanı Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar örtüyünün hündürlüyü, çəkisi ölçülərək onun sıxlığı və sululuğu təyin olunacaq.

“Qarölçmə işləri 36 üzrə olmaqla Böyük Qafqazda 16, Kiçik Qafqazda 7, Zəngəzur iqtisadi rayonlarının dağlıq ərazilərində 8, Naxçıvan MR-nın dağlıq ərazilərində isə 5 marşrut üzrə aparılacaq.

Ölçmə işləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Kəlbəcər, Laçın, Şuşa, Xocavənd rayonlarının ərazisindən axan Tərtərçay, Levçay, Tutqunçay, Xaçınçay, Bərgüşadçay, Piçənisçay, Həkəriçay, Zabuxçay, Qarqarçay, Köndələnçay, Quruçay, Zarıslıçay çaylarının hövzələrində 8 marşrut üzrə dəniz səviyyəsindən 1550-2200 metr yüksəklikdə həyata keçiriləcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax