Operativ Məlumat Mərkəzi

COP29-a hazırlıqla bağlı bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

2 dəq
Paylaş:
COP29-a hazırlıqla bağlı bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Bildirildiyi kimi, 2024-cü ilin oktyabrın 19-u gün ərzində və 19-dan 20-sinə keçən gecə saat 02.30-dan 05.30-dək tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bakı şəhər DYPİ və AYNA-nın birgə məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə şosesi, prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkəti dəyişdiriləcək.

Hərəkət iştirakçılarından edirik ki, monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək.

Heydər Əliyev hava limanına gedəcək vətandaşlardan səfərlərini tətbirdən daha öncə planlamaları və alternativ yollardan istifadə etmələri xahiş edilr.

Eyni zamanda bildiririk ki, 19 oktyabr gündüz saatlarında şatl avtobuslarının fəaliyyətinin monitorinqi ilə bağlı həyata keçiriləcək tədbirlər zamanı yollarda hər hansı bir məhdudiyyət tətbiq olunmayacaq.

Yollarda hərəkətin tənzimlənməsinə dair daha ətraflı məlumat DİN tərəfindən veriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax