Operativ Məlumat Mərkəzi

Çindən Türkiyəyə ilk yük qatarları yola düşdü.

2 dəq
Paylaş:
Çindən Türkiyəyə ilk yük qatarları yola düşdü.

Çinin Çunçin və Çendu şəhərlərindən qatar reyslərinin həyata keçirilməsi çərçivəsində ilk iki yük qatarı 9 iyulda Türkiyəyə doğru düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı KİV məlumat yayıb.

Bildirilib ki, Türkiyənin və infrastruktur naziri Abdulkadir Uraloğlu yazılı açıqlamasında, bu qatarların Orta Dəhliz üzərindən daşımada yeni bir dövrü başlatdığını bildirib.

Uraloğlu qeyd edib ki, bu vaxta qədər çoxsaylı sınaq səfərləri həyata keçirildikdən sonra Çin’in Çunçin və Çendu şəhərlərindən müntəzəm yük qatarlarının göndərilməsinə başlanılıb və ilk iki qatar 9 iyul tarixində Türkiyə istiqamətində yola çıxıb.

"Bu , Türkiyənin Orta Dəhlizdəki logistika baxışının ən konkret göstəricisidir. Qatarlar Çin daxilində təxminən 3 min 500 kilometr yol qət edib. Daha sonra Orta Asiya, Xəzər keçidi və Türkiyə üzərindən Avropaya çatacaqlar. Hər iki qatar 2 min ton yük daşıyır. Hazırda hər iki qatar Qazaxıstan sərhədini keçib",- o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax