Əsas məzmuna keç

Çində Yaşıl Əjdaha ili başlayıb

Çində Yaşıl Əjdaha ili başlayıb

Çində fevralın 10-na keçən gecə Ay üzrə Yeni il başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qara Su Dovşanı ilini Əjdaha ili edib.

Bürcün atributları Çin xronologiyasının tsiklik sistemi ilə əlaqələndirilir, burada ilin simvolu bu və ya digər əsas elementə (od, su, ağac, metal və torpaq) və rəngə (qırmızı, qara, yaşıl, ağ və sarı) uyğun gəlir. Tsikl hər 60 ildən bir təkrarlanır və sonuncu dəfə Yaşıl Taxta Əjdaha ili 1964-cü ildə olmuşdu.

adətən Yeni ili və ya Bahar bayramını – Çuntszeni ailə ortamında qeyd edirlər. Evdən kənarda işləyən və ya oxuyanlar ata-anasına, doğmalarına qovuşmaq üçün qısa müddətlik dədə-baba yurdlarına gəlirlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…