Əsas məzmuna keç

Çində 2023-cü ildə 153 mindən çox məmur cəzalandırılıb

Çində 2023-cü ildə 153 mindən çox məmur cəzalandırılıb

bu barədə Çin Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyasının və ÇXR Dövlət Nəzarət Komitəsinin saytında yerləşdirilən məlumatda...

2023-cü ildə 100 mindən çox məmur dövlət qulluqçuları üçün bir növ məcəllə olan “Səkkiz qaydaları”nda olunmuş normalarını pozmaqda günahlandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyasının və ÇXR Dövlət Nəzarət Komitəsinin saytında yerləşdirilən məlumatda deyilir.

Mətndə qeyd olunub ki, ümumilikdə 2023-cü ildə “Səkkiz bənd qaydaları”nın pozulması ilə bağlı 107 547 fakt araşdırılıb.

Eyni zamanda, 153 662 nəfər barədə töhmət verilib, işi icraata götürülüb və ya cəzalandırılıb. Konkret olaraq, 108 695 nəfər partiya və ya inzibati xəta üzrə tənbehinə məruz qalıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…