Operativ Məlumat Mərkəzi

Çin Rusiyaya müharibə üçün zəruri texnologiyalar tədarük edir

2 dəq
Paylaş:
Çin Rusiyaya müharibə üçün zəruri texnologiyalar tədarük edir

Çin və ixraca nəzarət fonunda Rusiyaya Ukraynada müharibəni davam etdirmək üçün zəruri edir.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə bu gün “The Wall Street Journal” Rusiya gömrüyünün sənədlərinin analizinə istinadən məlumat yayıb.

Qərbin Rusiyaya qarşı iqtisadi təzyiq kampaniyasına başlamasından sonra Çindən Rusiyaya 84 min tədarük araşdırılıb. Sənədlər göstərir ki, Çinin dövlət şirkətləri Moskvaya naviqasiya, radiosiqnal avadanlıqları, o cümlədən qırıcı təyyarələr üçün detallar tədarük edib. Bu malları Rusiyanın müdafiə sənayesi şirkətləri alıblar. Söhbət ikili təyinatlı mallardan gedir.

Məsələn, Çinin “Poly Technologies” texnologiya 31 avqust 2022-ci ildə Rusiyanın "Rosoboroeksport" şirkətinə “M-17” vertolyotları üçün naviqasiya avadanlıqları göndərib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax