Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə edib

1 dəq
Paylaş:
Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə edib

naziri ilə Rusiya Federasiyası Prezidentinin əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

Xüsusi nümayəndə Mixayıl Şvıdkoy bu il qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Rusiyada keçirilən tədbirlər barədə məlumat verib, növbəti ildə də mədəniyyət və humanitar sahələrdə iki ölkə arasında birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax