Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Pakistan XİN rəhbəri ilə regional təhlükəsizliyi müzakirə edib

2 dəq
Paylaş:
Ceyhun Bayramov Pakistan XİN rəhbəri ilə regional təhlükəsizliyi müzakirə edib

Aprelin 26-da naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında aparılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" XİN-ə istinadən xəbər verir ki, nazirlər iki ölkə arasında mövcud olan strateji əlaqələrinin cari vaziyyətini və perspektivlərini, eləcə də regional vəziyyətini müzakirə ediblər.

Söhbət zamanı, ki ölkə liderləri arasında yüksək səviyyəli təmaslar, habelə sonuncu yüksək səviyyəli səfərlər zamanı əldə olunmuş razılıqların icrası məsələləri, iqtisadi, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Telefon danışığı zamanı Pakistan naziri Pakistanla-Hindistan arasında yaranmış gərginlik barədə məlumat verib. Nazir öz növbəsində, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu bildirib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax