Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov: İranın yeni Prezidentinin fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik

2 dəq
Paylaş:
Ceyhun Bayramov: İranın yeni Prezidentinin fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik

Biz İranda yeni Prezident fəaliyyətə başladıqdan sonra münasibətlərin daha da inkişaf etdiriləcəyini .

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın naziri jurnalistlərə açıqlamasında deyib.

"İranda yeni Prezident seçildi, bu münasibətlə öz təbrikini çatdırdı. Biz bundan öncə Azərbaycan və İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq", - deyə nazir qeyd edib.

Nazir söyləyib ki, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır: "İran bizim böyük qonşumuzdur, xalqlarımızın tarixi əlaqələri var. Bizim birgə gələcəyə baxış proqramımız var. İnanırıq ki, münasibətlər daha da inkişaf edəcək".

Xatırladaq ki, iyulun 5-də İranda İbrahim Rəisinin ölümündən sonra təyin edilmiş növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. İslahatçılar qanadının namizədi, keçmiş səhiyyə naziri Məsud Pezeşkian ümumi səslərin 53,6 %-ni toplayaraq qalib gəlib. Mühafizəkar Səid Cəlili 44,3 % səs toplayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax