Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Hakan Fidana zəng edib

1 dəq
Paylaş:
Ceyhun Bayramov Hakan Fidana zəng edib

Azərbaycanın naziri Türkiyə xarici işlər naziri Hakan Fidana zəng vurub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Xarici İşlər Nazirliyindən bildirilib.

C.Bayramov Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğın ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.

Azərbaycanın qardaş Türkiyə ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ifadə edilib. Ölkəmizin istənilən yardıma hazır olduğu diqqətə çatdırılıb.

Nazir başsağlığına, bu ağır gündə göstərilən dəstəyə görə təşəkkür edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax