Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Avropa İttifaqının yeni səfirini qəbul edib

2 dəq
Paylaş:
Ceyhun Bayramov Avropa İttifaqının yeni səfirini qəbul edib

9 sentyabr 2025-ci il tarixində Respublikasının naziri Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyunciçi qəbul edib.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç təyinatı ilə əlaqədar məktubu nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov Mariyana Kuyunciçi təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan-Aİ arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiyalar, humanitar və s. üzrə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ölkəmizin Aİ ilə həyata keçirilən birgə enerji layihələrinin əhəmiyyəti vurğulanıb. Digər əhəmiyyətli istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə maraq ifadə olunub.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumatlandırıb.

Ölkəmizin təşəbbüsü ilə başladılan sülh gündəliyinin irəlilədilməsində Vaşinqton görüşü çərçivəsində əldə olunmuş razılıqlar, sülh müqaviləsinin paraflanması, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk prosesi və əlaqəli strukturların ləğvi ilə bağlı qərarın əhəmiyyəti qeyd olunub.

Nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç qəbula görə təşəkkürünü bildirərək, fəaliyyəti müddətində Azərbaycan-Aİ gündəliyinin irəlilədilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax