Əsas məzmuna keç

Cənubi Koreya polisinə prezidenti həbs etmək hüququ verilib

Cənubi Koreya polisinə prezidenti həbs etmək hüququ verilib

Koreya Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi (CIO) Yun Sok Yola qarşı həbs qərarının icrasını polisə həvalə etmək qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə idarənin məlumat yayıb.

“Bu gecə Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi şübhəli Yun barəsində həbs qərarının icrasını Milli İstintaq Departamentinə təhvil verib”, - idarədən bildiriblər.

Qeyd edək ki, ötən ilin dekabr ayının 31-də məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi tələbi ilə prezidentin həbsinə order verib.

Onu da qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi Koreya Respublikasının Milli Agentliyinin bir hissəsidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…