Operativ Məlumat Mərkəzi

Cənubi Koreya ilə ABŞ bu barədə razılığa gəldi

2 dəq
Paylaş:
Cənubi Koreya ilə ABŞ bu barədə razılığa gəldi

Prezidenti Li Ce Myonq ölkədə istifadə nüvə yanacağının yenidən işlənməsi və ya uranın zənginləşdirilməsi fəaliyyətləri üçün müəssisə qurulması barədə ABŞ Prezidenti Donald ilə razılığa gəldiklərini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Li paytaxt Seulda keçirilən konfransında ölkəsinin nüvə sahəsində atdığı addımlarla bağlı danışıb.

Li Trampın istifadə olunmuş nüvə yanacağının yenidən işlənməsi və ya uranın zənginləşdirilməsi proseslərinin Cənubi Koreyada həyata keçirilməsini və bunun üçün iki ölkə arasında “50-yə 50” nisbətində ortaq müəssisə qurulmasını təklif etdiyini bildirib.

Ortaq müəssisə ilə bağlı danışıqların “yaxşı keçdiyini” deyən Li, növbəti mərhələlər üçün ABŞ-nin Ticarət naziri Hovard Lutnikin təyin olunduğunu qeyd edib.

O, 29 oktyabrda Tramp ilə görüşündə imzalanan anlaşma çərçivəsində Cənubi Koreyanın nüvə enerjisi ilə işləyən sualtı qayıq inkişaf etdirmə planının ABŞ tərəfindən təsdiq aldığını da bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax