Operativ Məlumat Mərkəzi

Çempionlar Liqasının final oyununun hakimi bəlli oldu

1 dəq
Paylaş:
Çempionlar Liqasının final oyununun hakimi bəlli oldu

2023-2024-cü illər mövsümündə avrokubokların oyunlarına təyinatlarını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasında İspaniyanın “” və Almaniyanın “Borussiya Dortmund” komandaları arasında keçiriləcək həlledici matçı (1 iyun) sloveniyalı referi Slavko Vinçiç idarə edəcək.

Qadın futbolçular arasında qitənin bir nömrəli klub turnirinin finalı (25 may) ingiltərəli Rebekka Uelşə tapşırılıb. O, İspaniya “Barselona”sının Fransa “Lion”u ilə duelində qoruyacaq.

Avropa Liqasında İtaliya “Atalanta”sı ilə Almaniya “Bayer”inin görüşünün (22 may) baş hakimi rumıniyalı İştvan Kovaç olacaq.

Konfrans Liqasında Yunanıstanın “Olimpiakos” və İtaliyanın “Fiorentina” komandaları arasında reallaşacaq qarşılaşma (29 may) isə portuqaliyalı hakim Artur Soareş Diaşa həvalə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax