Operativ Məlumat Mərkəzi

Cəlilabadda saxlanılan narkokuryerlərdən 10 kq-dan artıq narkotik aşkarlanıb

2 dəq
Paylaş:
Cəlilabadda saxlanılan narkokuryerlərdən 10 kq-dan artıq narkotik aşkarlanıb

Cəlilabadda narkokuryerlərdən 10 kiloqramdan artıq narkotik aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Cəlilabad Rayon Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Elgün Cəbrayılov və rayon sakini Ehtibar İsmayılov saxlanılıblar.

Keçirilən baxış zamanı Elgün Cəbrayılovun əlindəki torbanın içərisindən ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 5 400 qram heroin, 3 kiloqram 700 qram həşiş qətranı, 2 kiloqram marixuana və 200 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı onların İranda yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və aşkarlanan narkotik vasitəni Bakı şəhərinə aparıb orada deyiləcək ünvanlara çatdırmaq tapşırığı aldıqları müəyyən edilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax