Operativ Məlumat Mərkəzi

Cəlilabadda qardaş bacısını öldürüb

1 dəq
Paylaş:
Cəlilabadda qardaş bacısını öldürüb

Cəlilabadda bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" rayon prokurorluğundan bildirilib.

Mayın 16-sı Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü Şahbazovun qeyd olunan tarixdə bacısı Rəqsanə Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmaqla, Məhəmməd şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax