Operativ Məlumat Mərkəzi

Cəlilabadda meşədə qəsdən yanğıntörətmə faktının üstü açılıb

2 dəq
Paylaş:
Cəlilabadda meşədə qəsdən yanğıntörətmə faktının üstü açılıb

Avqustun 9-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə rayonu, kəndi yaxınlığında meşə ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə, 13 saylı meşə dolayında 1 ha ərazidə kol-kos yanıb, xəsarət alan olmayıb.

FHN-in Dövlət Yanğın Nəzarəti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi olunub.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin psixololi problemi olan Cəlilabad rayonu Fətullaqışlaq kənd sakini Quliyev Vəli Həzərxan oğlu tərəfindən törədildiyi müəyyən edilib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax