Operativ Məlumat Mərkəzi

Cəlilabadda meşə ərazisinə keçən yanğın lokallaşdırılıb YENİLƏNİB-4

3 dəq
Paylaş:
Cəlilabadda meşə ərazisinə keçən yanğın lokallaşdırılıb YENİLƏNİB-4

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinun
Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları cəlb olunub.

***

Cəlilabad rayonunun Zopun kəndi yaxınlığında bələdiyyə ərazisində , sonradan isti hava və səbəbindən meşə fondu ərazisinə keçən yanğın artıq lokallaşdırılıb. Hazırda ərazidə az miqdarda tüstülənmə müşahidə olunur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova məlumat verib.

“Yanğın nəticəsində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad meşəbəyliyinin 4 saylı meşə dolayında kol-kos və quru ot örtüyü yanıb. Fövqəladə Hallar Nazirliyinin, Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları tüstülənən sahələrin tam söndürülməsi istiqamətində tədbirləri davam etdirirlər.

Yanğının söndürülməsində iştirak edən və tüstüdən zəhərlənən meşə gözətçisi Qəni Nadirova tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir”, - deyə o əlavə edib.

***

Cəlilabad rayonunda meşəlik ərazidə başlayan yanğının söndürülməsinə helikopter cəlb olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, küləkli rayonun Zopun kəndi ərazisində meşə sahəsində başlayan yanğının söndürülməsinə çətinlik törədir.

Hadisə yerinə ətraf rayonlardan yanğınsöndürən texnika və canlı qüvvələr, həmçinin helikopter cəlb olunub.

***

Cəlilabad rayonunda meşəlik ərazidə yanğın qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yanğın rayonun Zopun kəndi ərazisindəki meşə sahəsində baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları və yanğınsöndürən texnikalar cəlb olunub. Əraziyə nəzarət gücləndirilib, yanğının ətraf kəndlərə və digər meşə sahələrinə yayılmaması üçün zəruri tədbirlər həyata keçirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax