Operativ Məlumat Mərkəzi

CANSO tədbiri çərçivəsində Xəzər dənizinə 5 min nərə balığı körpəsi buraxılıb

2 dəq
Paylaş:
CANSO tədbiri çərçivəsində Xəzər dənizinə 5 min nərə balığı körpəsi buraxılıb

Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Aeronaviqasiya Xidmətləri Təşkilatının (CANSO) 28-ci İllik Ümumi İclası çərçivəsində 5 min nərə balığı körpəsi təbii yaşayış mühitinə buraxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “ Hava Yolları” QSC (AZAL) məlumat yayıb.

Bildirilir ki, Neftçalada baş tutan bu təşəbbüs hövzəsində nəsli kəsilməkdə olan nərə balığı populyasiyasının bərpası məqsədilə həyata keçirilib.

Tədbirdə AZAL, AZANS və CANSO-nun nümayəndələri, həmçinin sammit iştirakçılarının ailə üzvləri iştirak ediblər. Qurumların birgə səyləri Xəzər dənizinin ekosisteminə uzunmüddətli müsbət təsir göstərməyə yönəlib. Həmçinin bu təşəbbüs onların yeni əməkdaşlığını, ətraf mühitə qayğısını və biomüxtəlifliyin qorunmasına sadiqliyini nümayiş etdirir.

Nərə balığı Xəzər dənizinin ekosistemində özünəməxsus yer tutur. O, həm də dünyanın ən çox sevilən təamlarından biri olan kürünün mənbəyidir.

Xatırladaq ki, Bakıda iyunun 11-dən 13-nə kimi Ümumdünya Aeronaviqasiya Sammiti və CANSO-nun 28-ci İllik Ümumi İclası keçirilib. Tədbirdə 80-dən çox ölkədən 300-ə yaxın mülki aviasiya üzrə rəhbər şəxs iştirak edib.

Ekoloji dayanıqlılıq məsələlərinə yönəlmiş tədbir mühüm qərarlar qəbul etmək, bilik mübadiləsi və məhsuldar dialoqlar aparmaq üçün hava hərəkəti idarə edilməsi sahəsinin dünya liderlərinin diqqətini cəlb etmək məqsədi daşıyıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax