Operativ Məlumat Mərkəzi

Buraxılış imtahanın cavabı nə vaxt elan ediləcək?

2 dəq
Paylaş:
Buraxılış imtahanın cavabı nə vaxt elan ediləcək?

12 martda keçirilən imtahanlarının nəticələrinin gec elan olunmasının səbəbi açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq bildirib ki, yaxın günlərdə elan olunacaq.

DİM rəsmisi qeyd edib ki, hazırda cavablar emal prosesindədir.

"Bəzi yazılı sualların yoxlanılması uzun müddət tələb edir, buna görə də, cavabların elan edilməsi gecikir", - deyə Xanlar Xanlarzadə qeyd edib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) martın 12-də Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, , Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, , İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirib.

Məlik Məlikov

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr