Əsas məzmuna keç

Bu zavodun fəaliyyəti dayandırılıb

Bu zavodun fəaliyyəti dayandırılıb

Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atılığı müəyyən olunub. Bu...

-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində asfalt-beton zavodundan atmosferə tullantı atılığı olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Ekoloji Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı “45-li Yol İstismarı” MMC–yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən ətraf mühitə tullantı atıldığı məlum olub.

Faktla bağlı zavodun rəisi Qədir Əskərov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə edilib.

Çatışmazlıqların aradan qaldırılması üçün Q.Əskərova məcburi göstəriş verilib və nöqsanlar aradan qaldırılanadək zavodun fəaliyyəti dayandırılıb.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…