Operativ Məlumat Mərkəzi

Bu qatarların fəaliyyəti müvəqqəti dayandırılacaq

3 dəq
Paylaş:
Bu qatarların fəaliyyəti müvəqqəti dayandırılacaq

şəhərinin M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşasına başlanacaq.

Dəmir Yolları” QSC-dən (ADY) "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, buna görə ADY-nin Xırdalan––Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq, qatarlar Bakı–Biləcəri–Xırdalan–Bakı xətti ilə hərəkət edəcək.

Bununla əlaqədar olaraq, sərnişin tələbatını təmin etmək məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlar 15 sentyabrdan yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.

Yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92 reysdən 104 reysə çatdırılacaq. Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə isə 56-dan 64-ə artırılacaq.

Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı qeyri-iş günləri isə 16-dan 22-yə çatdırılacaq, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə 34 reys yerinə yetiriləcək. Ümumilikdə bu dəyişikliklərin sərnişin daşımalarında 10 faizlik artıma səbəb olacağı gözlənilir.

Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY tərəfindən Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə Bakı–Keşlə sahəsində “Bağırov körpüsü” kimi tanınan ərazidə əsaslı aparılıb. Təmir işləri çərçivəsində hidroizolyasiya işləri görülüb, drenaj boruları quraşdırılıb, mühafizə qatı yenilənib, həmçinin avtomobil yolunda asfalt qatı yenilənib, yeni bordürlər qoyulub ki, bu da infrastrukturun dayanıqlılığını daha da möhkəmləndirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax